Artıq Azərbaycanda da uşaqlar üçün proqramlaşdırma təlimləri kerçiriləcəkdir. Bu fürsət isə Devolopia Kids tərəfindən verilir.  2013-cü ildən etibarən dünyada trend halını almış “Programming for Kids” təlimlərini Azərbaycanda Developia EA öz üzərinə götürmüşdür və gənclərimizin gələcəyi üçün bütün imkanlarını səfərbər etmişdir. Onlar həm əylənəcək, həm də öz bilik və bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Akademiyada təşkil olunan Uşaqlar üçün Proqramlaşdırma Təlim Kursu uşaqlarınızı doğru istiqamətə yönləndirməyə və gələcəyini qurmağa kömək edəcək. (İlk bir ay sınaq müddətidir və tamamilə ödənişsizdir.)

Akademiyada uşaqlar üçün texniki ingilis dili, komputer mühəndisliyinə giriş, 10 barmaq klaviatura kursu, Proqramlaşdırmaya Giriş və Alqoritm anlayışı, Uşaqlar üçün Scratch Proqramlama dili, Uşaqlar üçün Python proqramlama dili, Uşaqlar üçün HTML və JavaScript proqramlaşdırma, MineCraft oyunu üçün Mod proqramlamaq, Tynker vasitəsi ilə oyun proqramlama və sair mövzu və kurslar təşkil olunaraq övladlarınızın gələcəyin mühəndis və ya proqramist kimi yetişməsində mühüm yer tutacaq.

Texnologiya inkişaf etdikcə təkcə böyüklər deyil, uşaqlar da bu sahəyə daha çox maraq göstərirlər. Bu onların inkişafı üçün açılmış pəncərə olsa da, çox hallarda maraq primitiv kompyuter bilikləri, sosial şəbəkə və oyunlarla məhdudlaşır. Əslində isə bəlkə də sizin evinizdə bir vunderkind böyüyür və siz bunun qarşısını alırsınız və ya nə edəcəyinizi bilmirsiniz.

Akademiyada uşaqlarınız üçün hər cür şərait yaradılmışdır. Hər bir avadanlıqla təchiz olunmuş rahat və geniş otaqlar, Akademiya daxilində ödənişsiz kafe və uşaqlarınızın rahat gedib gəlmələri üçün N. Nərimanov metro stansiyasından servis xidməti də mövcuddur.

Dərslər təcrübəli mütəxəssislər tərəfindən azərbaycan və rus dillərində keçirilir.

Avadanlıqlar, Kursda işlədəcəyiniz tədris ləvazimatları, ödənişsiz kafe xidməti, servis xidməti kursa daxildir

Xəbərlərə abunə olun

Yeniliklərdən ilk siz xəbərdar olun.