Obyekt, məhsul və ya xarakterlərin virtual aləmdə proqramların köməyi ilə hazırlanmasına 3D Modelləşdirmə deyilir. 3D Modelləşdirmə əsasən “Üzvi modelləşdirmə” və “Qatı modelləşdirmə” olmaqla iki kateqoriyaya ayrılır. Üzvi modelləşdirmə ilə film xarakterləri (personajlar) və amorf məhsullar hazırlanır. Obyekt və məhsulların proqramlar vasitəsi ilə hazırlanmasına isə Qatı modelləşdirmə deyilir. 3D Modelləşdirmə prosesini həyata keçirmək üçün “Autodesk Maya” və “3Ds Max” kimi bir sıra proqramlar hazırlanıb istifadəyə verilmişdir.

Həmçinin 3D Modelləşdirmə ilə memarlıq nümunələri və filmlərdəki insani xarakterlər də hazırlanır.  Xüsusilə müasir dövrdə ərsəyə gələn fantastik və elmi-fantastik filmlərin əksəriyyətində 3D Modelləşdirmə sayəsində vizual effektlərlə mükəmməl nəticələr əldə edilir. Məsələn, fantastik film üçün tələb olunan yadplanetli xarakteri və uçan boşqab 3D Modelləşdirmə texnologiyası ilə yaradılır.

3D modelləşdirmə üçün istifadə edilən bir çox modelləmə interfeysləri mövcuddur ki, bunlara misal olaraq aşağıdakıları göstərmək olar.

3DS MAX

MAYA

CINAMA 4D

SoftImage

Rhino

Houdini

Developia EA müştəriləri ilə daima fikir mübadiləsi apararaq, həyata keçirdiyi yüksək səviyyəli işlərlə bu gün tam hüquqla Azərbaycan bazarında lider mövqeyini tutmaqdadır. Müasir texniki baza, ən yeni texnologiyalardan istifadə, zəngin iş təcrübəsi və peşəkar komanda təqdim olunan məhsulların yüksək keyfiyyətinə zəmanət verir. Siz də Developia mühəndislik akademiyasına müraciət edərək 3D Modelləşdirmə texnologiyalarını yüksəsk səviyyədə öyrənə bilərsiniz. Siz Developia mühəndislik akademiyasında təcrübəli və peşəkar komanda ilə 3D Modelləşdirmə texnologiyasını öyrənməklə bu sahənin mütəxəssisi ola və bu texnologiya ilə görülən işləri yüksək səviyyədə yerinə yetirə bilərsiniz.


Kurslar