Developia Engineering olaraq sənaye sahəsində fəaliyyət göstərdiyimiz bir-çox mühəndislik xidmətləri ilə yanaşı Developia Engineering Academy adı altında sənayedə olan bir neçə spesifik mühəndislik növlərində indiyə kimi qazandığımız təcrübəni paraktiki şəkildə tədris edirik. Bura uşaqlar üçün proqramlaşdırma kurslarından, bu sahədə peşəkar olmaq istəyən mühəndislərə öyrədilən Avtomatika və Elektrik mühəndisliyi, 3D modelləmə kurslarına qədər bir çox önəmli mühəndislik sahəsi daxildir. Sənaye mühəndisliyi şirkəti olaraq əsas hədəfimiz, bir mühəndisin ancaq teoriya deyil, praktiki şəkildə iş həyatına hazır bir mütəxəssis kimi yetişməsi, öz peşəsini sevən, sənayedəki yenilikləri izləyə bilən, istənilən layihəni peşəkar şəkildə təhvil verə bilən kadrlar yetişdirməkdir. Developia Engineering Academy yerli və xarici layihələrdə iştrak etmiş təcrübəli mütəxəsislər vasitəsilə daim yenilənən texnologiyalarla işləmə bacarığına malikdir. Biz, akademiyadan məzun olduğunda real bir layihədə ehtiyacı olacaq təcrübəni qazanmış mühəndislər hazırlayırıq.

Developia EA gələcək 10 illiklərin artıq tam avtomatlaşmağa doğru getdiyini, texnologiyadan istifadə yaşının kiçik yaşlara düşdüyünü nəzərə alaraq, dünyada geniş yayılmış “Programming for Kids” təlimlərinin ölkəmizdə tədrisini həyata keçirir. İstər böyüklər, istərsə də kiçiklər üçün olan təlimlərimizdə, tələbələrimizə özlərini tanımaları, hədəfələrini seçmələri, o hədəfləri təkrar-təkrar keçmələri üçün fürsətlər yaradırıq və onların da bizimlə birlikdə daim yenilənən texnoloji aləmə uyğunlaşmalarına köməklik göstəririk. Çünki bilirik ki, xəyallar, həyatı dəyişdirir...

Developia Engineering Academy
Direktor
Anar Novruzov