İnsan tarixi boyunca davamlı olaraq yeniliklərə ehtiyac duymuş və bundan dolayı araşdıraraq və inkişaf edərək yeni sistemlər ortaya çıxarmışlardır. Artıq bugün sistemlərin tam avtomatlaşdırılması üstünə ciddi cəhdlər ortaya qoyurlar. Buda insan gücünə görülən işlərin mexaniki sistemlər tərəfindən görülməsinə gətirib çıxarır. Fiziki güclə bərabər zehni işlərin də avtomatlaşdırıldığına şahid oluruq. Sistemlərin avtomatlaşdırılması insan gücünü minimuma endirərək istehsalatda, sənayedə, xidmət sahələrində sürət, effektivlik və səmərəli işin nisbətini artırır.

 

Avtomatika dedikdə insan və cihazların işləri paylaşdırması nəzərdə tutulur. Avtomatika mexanika, elektronika və komputer sistemlərini birlikdə istifadə edərək istehsalı həyata keçirmək mənasına gəlir.


Avtomatikada hədəf aşağıdakıları əldə etməkdir.

- Sürətli və ucuz istehsal

- Bazar rəqabətində güclü və öndə olmaq

- Keyfiyyətli xidmət verə bilmək


Kurslar