Developia EA; Microsoft, Adobe Autodesk, Huawei və VMware kimi sənayenin hər biri öz səhəsində lider markalarının Türkiyədəki səlahiyyətli təhsil mərkəzidir. Həmçinin ən yüksək səviyyədə təhsil keyfiyyətinin göstəricisi olan Gold Learning yetkinliyinə sahib bir Microsoft ortağıdır.

Developia EA, dünya standartlarına uyğun əsası və tələbələrinə verdiyi imtiyazlı karyera xidmətləri ilə türkiyənin dijital (rəqəmsal) gələcəyini formalaşdıran əsas qurumlar (şirkətlər) sırasındadır. Dərslər; praktikaya əsaslanan bir model, aktual məzmunlar və güclü bir infrostruktur ilə komfortlu  sinif şəraitində keçirilir. Developia EA informasiya texnologiyaları üzrə digər  iş sahələrdə də əldə etdiyi təcrübə və bilikləri bütün tədris prosesslərində tətbiq edir və dəyərləndirir. İnformasiya texnologiyaları sahəsindəki inkişaf və sector ehtiyacları nəzərə alınaraq yaradılan Developia EA tədris məzmunu məzunlarının sektora adaptasiyasını asanlaşdırır.