Developia EA – da tələbələr təhsillərini istər sertifikatlaşdırma proqramı çərçivəsində paket halında, istərsə də öz ehtiyacları istiqamətində tək dərslər halında ala bilərlər. Sertifikatlaşdırma proqramları İT-nin müəyyən bir sahəsində təməldən başlayan və tələbələrini bu sahədə yüksək kvalifikasiyalı yetkin kimi yetişdirən, onları sertifikatla təmin edən tədris sistemidir. İştirakçılara bütünlük, davamlılıq, ixtisaslaşma və qiymət üstünlükləri təmin edən bu proqramların ortalama müddətləri seanslara görə dəyişməkdədir və maksimum 8 aydır. Sertifikatlaşdırma proqramı çərçivəsində olan müəyyən xüsusi dərslər və bu proqramların xaricində qalan əlavə dərs seçimləri sərbəst olaraq fərdi şəkildə alına bilər.

Təlim sonunda 70% davamiyyət göstərən tələbələrimiz Developia EA-nın İştirakçı Sertifikatı almağa haqq qazanır. Bundan başqa; Proqram (.NET); Sistem; Web və Qrafik; 3D və Texniki sertifikatlaşdırma proqramlarının sonunda, davamiyyət şərtini təmin edən tələbələrimiz, təhsilləri ilə əlaqədar Microsoft, Adobe və Autodesk –in də iştirakçı sertifikatlarını alırlar.

Sertifikat proqramlarının müəyyən edilmiş vaxtlarında aparılan imtahanların və varsa sonda verilən layihə qeydlərinin orta göstəricisinin cəmindən ibarət olan məzuniyyət balı 70 və daha çox olan tələbələrimiz Müvəffəqiyyət sertifikatı almağa haqq qazanarlar.

Developia EA-nın Müvəffəqiyyət sertifikatını qazana bilmək üçün tələbələrdən müvafiq müqavilə şərtlərini yerinə yetirərək, qeydiyyatdan keçdikləri sertifikat proqramının müəyyən mövzularında təşkil ediləcək olan tətbiq imtahanlarına qatılmaq və / və ya layihələrini təqdim etmələri tələb olunur.

Təhsilini aldığınız mövzulardakı biliklərinizi beynəlxalq səviyyədə sübut etmək üçün səlahiyyətli İmtahan mərkızlərində təşkil edilən ödənişli Microsoft, Adobe, Autodesk, Google və LOGO sertifikatlaşdırma imtahanlarına qatıla bilərsiniz. Developia EA; beynəlxalq imtahanları təşkil edən Prometric və Pearson-Vue'nun səlahiyyətli İmtahan Mərkəzidir. Təhsilini aldığınız bölmələrin sertifikatlaşdırma proqramları haqqında məlumat almaq üçün müvafiq bölmənin Şöbə müdürü və / və ya imtahan Mərkəzlərimizə müraciət edə bilərsiniz.