Kodlaşdırmanı ən cəlbedici yollarla Developiada öyrənin Daha çox məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın

Gələk uşaqlara ... Bəzən zəmanə uşaqlarının həqiqətən şanslı olduğuna əmin ola bilmirik. Amma bizim uşaqlığımızda belə bir imkanlar olsaydı necə gözəl olacağını düşünək. Gənc yaşda bəzi təlimlərin alınmasının vacibliyini də bilirik. Məsələn, xarici dil təhsili uşaq bağçasında başlanır. Gənc yaşda öyrənmək daha qalıcı və asandır. İbtidai sinif çağlarında uşaqlarımızın proqramlaşdırma öyrənməsi də mümkündür. Onlar üçün oyun kimi gələcək bu təlimlər həyatlarına müsbət təsir göstərəcəkdir.

İnkişaf edən texnologiya bir çox peşəni məhv edir və ya dəyişdirir. Supermarketlərin açılması ilə dükan anlayışı azalıb. Burda neçə illərdir fəaliyyət göstərən dükançıları günahlandırmaq lazımdır yoxsa kapitalizmi? Məncə oturub düşünməkdənsə, fikirləşərək inkişaf etməliyik. Təəssüf ki, bəzi peşələr daha çox təhlükədədir. Amma biz onu fürsətə çevirmək üçün çalışmalıyıq. Mövzuya bir az daha sadə baxaraq, dəyişən həyata ayaq uyduraraq bizdə var olmalıyıq! Buna görə proqramlaşdırmanın əsaslarını öyrənmək və ya uşaqlarımızın bu istiqamətdə yönləndirilməsi gələcək üçün çox vacibdir. Bəli, peşələr dəyişir, amma texnologiyanı səmərəli şəkildə istifadə edərək fərqi yarada bilərik. Texnologiyanın iləridə olmasına baxmayaraq, hələ də səy göstərənlər üçün bir şans vardır.

Ən azı ibtidai sinifdə uşaqlarımızı proqramlaşdırma dərsləri ilə tanış etdirmək olar. Əlbəttə ki, biz bütün uşaqların eyni yerə maraq göstərməsini gözləmirik. Ancaq maraqlı olarsa gələcəyə doğru yaxşı bir addım olar.

Buraya qədər proqram təminatının vacibliyini və zəruriliyini qeyd etdik. Gəncləri kompüter qabağına oturdub, kodmu yazdırmaq niyyətindəyik, əlbəttə yox. Bu gün, uşaqlara (6-7 yaşdan başlayaraq) yönəlmiş və oyun xarakterli lakin proqram təminatı əsaslarını öyrədən müxtəlif dərslər, onlayn veb saytlar və proqramlar var.

Uşaqlar üçün proqramlama niyə vacibdir ?


Şübhəsiz ki, texnologiya hər gün həyatımıza daha çox daxil olur. İndi bəzi texnoloji qurğular olmadan yaşaya bilmirik! Mobil telefonunuzu evdə qoyduğunuz bir gün düşünün. Bütün bu qurğular proqram təminatı ilə təchiz edilmiş və bizə təklif olunmuşdur. Bu artan ehtiyacları qarşılamaq üçün proqram sənayesi hər gün sürətlə genişlənir. Uşaqların proqram təhsili və qabiliyyəti burada da ortaya çıxır. Bu gün proqram öyrənmənin yaşı erkən yaşa qədər gəlib. İndi orta məktəbdə və hətta ibtidai sinifdə proqram təminatının əsaslarını öyrədən dərslər var. Proqram təhsili uşaqlara nə üçün vacibdir?


Kurslarımız