UŞAQLAR ÜÇÜN TƏLİMLƏR

7-16 yaş

BÖYÜKLƏR ÜÇÜN TƏLİMLƏR

15 yaşdan yuxarı

PLC

(0 inceleme)
10
student
0

Nəzarət-ölçü cihazları

(0 inceleme)
10
student
0

Elektrik-mühəndisliyi

(0 inceleme)
10
student
0

SCADA

(0 inceleme)
10
student
0

Java

(0 inceleme)
10
student
0

Oracle 12C SQL

(0 inceleme)
10
student
0

Veb proqramlaşdırma

(0 inceleme)
10
student
0

Python

(0 inceleme)
10
student
0

AutoCAD

(0 inceleme)
10
student
0

ArchiCAD

(0 inceleme)
10
student
0

3D MAX & V-RAY

(0 inceleme)
10
student
0

Qrafik dizayn

(0 inceleme)
10
student
0

Bir insanın həyatı yaxşı bir təlimlə tamam dəyişə bilər.

MƏLUMAT ALIN!

Haqqımızda rəylər

1

Milana Məmmədova

Tələbə

Mən Milana Məmmədova İqtisad Universitetinin informasiya texnologiyaları ixtisasını bitirmişəm. Proqramist olmaq çoxdankı arzum idi. Buranı seçməmişdən əvvəl, bir neçə kurslarla maraqlanmışdım. Lakin Developia-da təlimçi Şəhriyar Novruzov tədris etdiyi təlimin incəliklərini mənə o qədər yaxşı izah etdi ki, burada kurs keçməyi və yaxşı bir proqramist olmağı qarşıma məqsəd qoydum. Kursu bitirdikdən sonra, mənə tanınmış şirkətlərdən yeni iş təklifləri oldu. Amma mən təhsil aldığım kursda işləməyi daha üstün bildim.  Gəncləri öz ətrafında toplayan Developia Engineering Academy məni işlə təmin etdi. Developia-nı seçdiyim üçün, özümü çox şanslı hiss edirəm. Bir daha anladım ki, hər hansı bir sahəni sıfırdan öyrənmək, heç zaman gec deyil!

231c4bea-4637-404b-a184-81cf55262017

Eltun Hacıyev

Tələbə

Mən Eltun Hacıyev SQL biliklərimi daha da təkmilləşdirmək üçün Developia Engineering Academy-də keçirilən “SQL” təlimlərinə qoşuldum. Təlimçi Cavid Həsənov təlim zamanı hər bir məlumatı incəliklərinə kimi, tələbə öyrənənə qədər izah edir, bütün suallarımızı dinləyib, təmkinlə cavablandırırdı. Öyrəndiklərimi fəaliyyət göstərdiyim  DHL Express şirkətində tətbiq edəcəm. Yüksək dərəcəli insani keyfiyyət və yüksək təhsil üçün Developia  EA-yə və təlimçiyə təşəkkürümü bildirirəm.

20190709_163159

Stanislav Ağamətov

Tələbə

Mən Stanislav Ağamətov ADNSU-nun 3-cü kursunda təhsil aldığım vaxt, PLC-ni öyrənmək üçün Developiada təlimə yazıldım. İlk olaraq PLC, sonra isə SCADA kursunu keçdim. Kursdan əlavə olaraq, Developia şirkətinin üzərində işlədiyi dövlət əhəmiyyətli müxtəlif layihələrdə təcrübə keçdim. Universiteti bitirdikdən sonra, məni burada öz ixtisasım üzrə işlə təmin etdilər. Özünü avtomatika sahəsində mütəxəssis kimi görmək istəyən hər kəsi, Developia Engineering Academy-də keçirilən avtomatika kurslarına dəvət edirəm. Burada keçdiyiniz yaxşı təlimlə, sizin də gələcək həyatınız dəyişəcək!

WhatsApp Image 2020-01-20 at 13.03.36

Nuray Rəhimli

“Mən Developia-da proqramlaşdırma kursuna gəlməzdən əvvəl düzü dərsin nəyi əhatə etdiyini dəqiq bilmirdim. Gəldim, dərindən öyrənməyə başladım və artıq məzun oluram. Eclipse proqramı ilə işlədikdə məndə proqramlaşdırmaya maraq daha da artdı. Eclipse Java kodları yazmaq üçün platformadır, mühitdir. Əslində iki il ərzində öyrəndiklərim içərisində mənə ən çətin gələni Eclipse idi, lakin mən onu daha çox bəyənmişəm. Eclipse tətbiqlər hazırlamaq üçün əlverişlidir. Mən də elə gələcəkdə mobil tətbiqlər hazırlamağı düşünürəm. Bu elə bir tətbiq olacaq ki, insanların gündəlik işlərini yüngülləşdirsin. Biz kurs müddətində maliyə idarəetməsi üzrə layihə hazırlamışdıq və burada gəlirlər, xərclər, borclar dəqiq hesablana və göstərilə bilirdi. Mən də bu tərz faydalı tətbiqlər hazırlamağın yollarını öyrəndim.
Developia-da keçirdiyim bu 2 ildə proqramlaşdırma ilə yanaşı həm də çox yaxşı kompüter istifadəçisi olmuşam. Bəzən valideynlərim də evdəki texniki avadanlıqlarla bağlı məndən kömək istəyirlər. Məsələn, bir dəfə kompüter yenidən yükləndiyini göstərsə də, açılmırdı. Mən həmin problemi aradan qaldıra bildim. Burada kompüterdə sürətli yazmağı da öyrənmişəm. Valideynlərim də bacarıqlarımı görərək istəyir ki, mən proqramçı olum”.
WhatsApp Image 2020-01-20 at 16.57.58

Həsən Hüseynzadə

Developia-da iki ildir təhsil alıram. Bir çox proqramlaşdırma dili öyrənmişik və hər öyrəndiyimiz dil üzrə layihələr hazırlayıb təqdim etmişik. Əvvəlcə Scratch proqramlaşdırma dili ilə başladıq. Burada alqoritm qurmağın sirlərini öyrəndik. Daha sonra Java dilini öyrənməyə başladıq. Mən əslində bilirdim proqramlaşdırma nədir, lakin necə tətbiq olunduğunu bilmirdim, burada təhsilini aldım. Veb proqramlaşdırmanı daha çox sevirəm. Bu front və back end-dən ibarətdir. Biz bu təlimi ikinci ildə keçdik. Öyrəndiklərimizi tətbiq etmək üçün Spring-dən istifadə edirik. Spring Java-nın məşhur texnologiyalarından biridir. Bizim yazdığımız kodlar əsasında vebsaytın funksiyaları hazırlanır. Yusif müəllim bizimlə mülayim davranır, dərs müddətində yaranan problemlərimizin həllinə kömək edir. Burada olan mühit məni həvəsləndirir ki, universitetə də kompüter mühəndisliyi üzrə hazırlaşım və bu sahədə ali təhsil alım.
Burada həm təkcə Java deyil, SQL, Javascript, Angular kimi əlavə proqramlar da öyrənmişik. Bu da bizə daha rahat çalışmaq üçün imkanlar yaradır.
kids-1093758_1920

Namiyə Hacıyeva

valideyn

Developia-da təşkil olunmuş “Yay məktəbi” proqramına oğlum Mehdi Məmmədli də qoşuldu. Bu kurs şagirdlərin İT bacarıqlarının artması, proqramlaşdırmaya olan tələbatı nəzərə alınaraq çox effektlidir. Oğlum artıq proqramçı olmaq barəsində düşünür. Developia kollektivini inkişafda olan təhsilimizin tələblərinə uyğun fəaliyyətlərinə görə alqışlayıram! Developia-nın gələcəkdə orta məktəblərimizlə birgə layihələrini arzu edirəm!

WhatsApp Image 2019-06-27 at 14.34.47

Həcər Dostiyeva

valideyn

Biz Xaçmaz şəhərində yaşayırıq. Tətil olduğu üçün, Bakı şəhərinə istirahətə gəldik. Rəfiqəm övladının Developiada təşkil olunan “Yay məktəbi” proqramına qoşulduğunu dedi və mənə də məsləhət gördü. Övladım Dinara Dostiyeva burada təşkli olunan “Yay məktəbi” proqrammının I mərhələsində iştirak edərək, tətilini daha əyləncəli və maraqlı keçirtdi. Burada hər gün uşaqlar komputerdə maraqlı proqramlar yığaraq, həmçinin şahmat, ingilis-dili təlimlərində iştirak etdilər. Çox maraqlı yeniliklər, mövzuların təkrarı, uşağa hər tərəfli individual yanaşma məni Developia haqqında müsbət təəssüratlar söyləməyə vadar etdi. Qayğıkeş, isti və işgüzar Developia-ya valideyn kimi, dərin təşəkkürümü bildirirəm! Valideynlərə demək istərdim ki, hər kəs övladını mənim kimi bura gətirsin, Sizin də razı qalacağaınıza əminəm!

Yeniliklərimiz haqqında operativ məlumat almaq üçün bizi izləyin…