Müasir dövürdə binalarda enerjiyə nəzarət, səmərəli istifadə və təhlükəsizlik baxımından çox vacib hal almışdır. Bu şərtləri təmin etmək üçün avtomatlaşdırma vasitələrindən istifadə etmək vacibdir. Bina avtomatlaşdırılması və idarəetmə sistemləri, binaların və digər tikililərin aydınlatma, isitmə, soyutma, ventilyasiya, generator, hidrofor, avtoparklarda yaranan CO qazına nəzarət sistemləri kimi fərqli elektromexanik sistemlərin tək bir mərkəzdən kontrolu, izlənməsi və hesabatını əhatə edir. Əlavə olaraq CCTV, kartlı keçid, yanğın və digər təhlükəsizlik sistemləri ilə də inteqrasiya edilərək tək mərkəzdən bütün binanın minimum personal və maksimum məhsuldarlıqla idarəsini təmin edir. Bu sistemlər alış-veriş mərkəzləri, otel, xəstəxana, havalimanları, data centerlar, yaşayış binaları, ofislər, idarələr kimi fərqli bina və qurğulara tətbiq oluna bilər və enerjisini ağıllı istifadə edən layihələr əldə edilə bilər.

Bu sahədə göstərdiyimiz xidmətlər

Developia engineering, Binalarda ilkin elektrik və avtomatika layihələrinin çəkilməsindən başlayaraq sahə elektrik işləri, çevrə və daxili aydınlatma işləri, torpaqlama, isitmə-soyutma-havalandırma sistemlərinin avtomatikası, aydınlatma avtomatikasına qədər hər bir xidməti təklif və təmin edir.

  • HVAC (isitmə-soyutma-havalandırma)
  • İşıqlandırma sistemlərinin avtomatlaşdırılması
  • Enerji sisteminin avtomatlaşdırılması
  • Kartlı keçiş və təhlükəsizlik sistemləri
  • CCTV sistemi
  • CO qazının müəyyənləşdirilməsi sistemi

 

-İlkin mühəndislik və Layihələndirmə

-MCC, PLC və Aydınlatma panellərinin layihələndirilməsi və istehsalı

-Elektrik sisteminin layihələndirilməsi və montaj işləri

-Montaj və montaja nəzarət işləri

-Quru və yaş sahə testləri

-PLC, SCADA, HMI proqramlaşdırma xidmətləri

-Ağıllı telefon və kompyuter ilə daimi nəzarət

-Hərəkətə nəzarət sistemləri

-Sənədləşdirmə

-Servis xidmətləri

-Çalışan sistemlərin optimallaşdırılması