İnkişaf edən texnologiya ilə birlikdə dəyişən istehlaka bağlı olaraq enerjinin heç olmadığı qədər əhəmiyyətli hala gəldiyi vaxtda enerji sistemlərinin avtomatlaşdırılması, enerjinin idarə edilməsi, məhsuldar müəssisə və istehsal şərtlərinin yaxşılaşdırılması üçün başlanğıc nöqtəsi halına gəlmişdir. Çünki məhsuldarlıq nəzarət ilə təmin edilir və nəzarət izləmə ilə başlayır.

Developia olaraq qurulan enerji avtomatlaşdırılması sistemlərində, elektrik sistemində baş verəcək problemlərin izlənilməsi, idarə edilməsi və bu problemlərin hesabatı ilə birlikdə sahədə istifadə edilən enerji analizatorları və qoruma sistemindən alınan cərəyan, gərginlik, güc, güc faktoru, aktiv, reaktiv enerji kimi dəyərlərin izlənilməsi, qrafik olaraq göstərilməsi və hesabatı, transformator mərkəzləri və stansiyalarda olan RTU-lar ilə əldə edilən məlumatların idarə mərkəzlərində olan SCADA sistemlərinə göndərilməsi və SCADA sistemlərindən gələn nəzarət siqnallarının əlaqədar stansiya və ya transformator mərkəzlərinə çatdırılması təmin edilir.

Enerji avtomatikasında əsas məqsəd mövcud olan enerini məhsuldar istifadə etmək, rikləri və itkiləri minimuma endirməkdir.

Enerji sektoruna verdiyimiz xidmətlər

    -İlkin mühəndislik və Layihələndirmə

    -MDP, MCC, PLC və Aydınlatma panellərinin layihələndirilməsi və istehsalı

    -Elektrik sisteminin layihələndirilməsi və montaj işləri

    -Montaj və montaja nəzarət işləri

    -Quru və yaş sahə testləri

    -PLC, SCADA, HMI proqramlaşdırma xidmətləri

    -Sənədləşdirmə

    -Təlimlərin verilməsi

    -Servis xidmətləri

    -Çalışan sistemlərin optimallaşdırılması