Qaz paylama və ölçmə stansiyalarında magistral xətdən götürülən yüksək təzyiqli qazın (10-15 Barg) təzyiqi istənilən səviyyəyə qədər azaldılır və keçən qaz miqdarı ölçülür.

Qaz paylama və ölçmə stansıyalarında, şüphəsiz ki, ən əsas məsələ təhlükəsizlikdir. Buna görə də stansıyalarda qaz dedektorlarının problemsiz çalışması vacibdir. Hər hansı bir qaz sızmasında SCADA sisteminə məlumat verilir, səsli alarm işə salınaraq ətrafdakılara xəbərdarlıq edilir və stansiyanın giriş siyirtməsi bağlanır.

İkinci əsas məsələ isə ölçmə avtomatikasıdır. Ölçmə işi Qaz İxrac idarəsi tərəfindən həyata keçirilən satışın düzgün hesablanması üçün vacibdir. Turbin tip qaz sayğacı bu ölçmə işi üçün istifadə edilən əsas avadanlıqlardan biridir. Sayğacdan alınan məlumat həcm tənzimləyici (Volume corrector) vasitəsi ilə RTU/PLC yə ordan isə SCADA sisteminə ötürülür. Bundan əlavə stansiyada qaz seperatordan keçərək təmizlənir və qoxulandırma (Odorant) sistemi ilə qaza ehtiyac olan miqdarda xüsusi qoxu vurulur.

Qazın temperaturu və təzyiqi fasiləsiz ölçülür. Tənzimləyicilərin donmaması üçün qış aylarında qaz qızdırılır.Çünki, qazın təzyiqi aşağı salındıqca tempraturu düşür.

Qaz paylama və ölçmə stansiyaları üçün verdiyimiz xidmətlər:

  • İlkin mühəndislik və Layihələndirmə
  • MDP, MCC və PLC panellərinin layihələndirilməsi və istehsalı
  • Elektrik sisteminin layihələndirilməsi və montaj işləri
  • Montaj və montaja nəzarət işləri
  • Quru və yaş sahə testləri
  • PLC, SCADA, HMI proqramlaşdırma xidmətləri
  • Sənədləşdirmə
  • Təlimlərin verilməsi
  • Servis xidmətləri
  • Çalışan sistemlərin optimallaşdırılması və s.