Sənaye sahəsində gedən inkişaf və dünya əhalisindəki sürətli artım dünyadakı su ehtiyacında diqqətə çarpan səviyyədə artım göstərir. Bu da öz növbəsində Su istehsalının artmasına gətirib çıxarır. İnsan faktoru olmadan daha artıq miqdarda və daha keyfiyyətli su istehsal etmək üçün Avtomatika sistemləri hər prosesdə olduğu kimi Çirkab Su və İçməli Su təmizləmə qurğularında da ən vacib məsələlərdən birinə çevrilir. Suyun təmizlənmə mərhələsində tətbiq olunan proseslərin izlənilməsi, sistemə uzaqdan müdaxilə və sistem üzərindəki dəyişikliklərdən anlıq olaraq xəbərdar olmaq vacibdir. Suyun təmizlənməsi vaxtı, sistemdə meydana gələ biləcək hər cür nasazlıq və qəza vəziyyətlərini o cümlədən, mənfi hadisələri düzgün analiz etmək, doğru qiymətləndirmək və bu nəticələrə görə ani müdaxilələrin doğru edilməsi xoşagəlməz halların qarşısını alır. Təmizləmə proseslərinin müasir sistemlərə cavab verməsi və enerji məhsuldarlığının kontrol altında saxlana bilməsi ancaq bütün prosesin avtomatlaşdırılması ilə mümkündür.

Bu sahədə göstərdiyimiz xidmətlər

Developia engineering, Çirkab Su təmizləmə qurğuları, İçməli Su təmizləmə qurğuları və Nasos stansiyalarında prosesin idarə edilməsi, izlənməsi, keçmişə aid bütün məlumatların arxivlənməsi, enerji məhsuldarlığı kimi sistemlərin avtomatlaşdırılmasını təklif və təmin edir. Bunlardan əlavə sahə elektrik işləri, çevrə aydınlatma, daxili aydınlatma, ildırımdan mühafizə sistemləri, torpaqlama kimi işlərin də həm layihələndirilməsini həm də montaj işlərini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir.

 

-İlkin mühəndislik və Layihələndirmə

-MDP, MCC, PLC və Aydınlatma panellərinin layihələndirilməsi və istehsalı

-Elektrik sisteminin layihələndirilməsi və montaj işləri

-Montaj və montaja nəzarət işləri

-Quru və yaş sahə testləri

-PLC, SCADA, HMI proqramlaşdırma xidmətləri

-Ağıllı telefon və kompyuter ilə daimi nəzarət

-Hərəkətə nəzarət sistemləri

-Nəzarət ölçü cihazları təmini və quraşdırılması

-Sənədləşdirmə

-Təlimlərin verilməsi

-Servis xidmətləri

-Çalışan sistemlərin optimallaşdırılması