UŞAQLAR ÜÇÜN TƏLİMLƏR

7-16 yaş

BÖYÜKLƏR ÜÇÜN TƏLİMLƏR

15 yaşdan yuxarı

PLC

10
student

Elektrik-mühəndisliyi

10
student

SCADA

10
student

Java SE və Java EE

10
student

SQL

10
student

PL/SQL

10
student

Python

10
student

AutoCAD

10
student

ArchiCAD

10
student

3D MAX & V-RAY

10
student

Qrafik dizayn

10
student

Bir insanın həyatı yaxşı bir təlimlə tamam dəyişə bilər.

MƏLUMAT ALIN!

Haqqımızda rəylər

231c4bea-4637-404b-a184-81cf55262017

Eltun Hacıyev

Tələbə

Mən Eltun Hacıyev SQL biliklərimi daha da təkmilləşdirmək üçün Developia Engineering Academy-də keçirilən “SQL” təlimlərinə qoşuldum. Təlimçi Cavid Həsənov təlim zamanı hər bir məlumatı incəliklərinə kimi, tələbə öyrənənə qədər izah edir, bütün suallarımızı dinləyib, təmkinlə cavablandırırdı. Öyrəndiklərimi fəaliyyət göstərdiyim  DHL Express şirkətində tətbiq edəcəm. Yüksək dərəcəli insani keyfiyyət və yüksək təhsil üçün Developia  EA-yə və təlimçiyə təşəkkürümü bildirirəm.

20190709_163159

Stanislav Ağamətov

Tələbə

Mən Stanislav Ağamətov ADNSU-nun 3-cü kursunda təhsil aldığım vaxt, PLC-ni öyrənmək üçün Developiada təlimə yazıldım. İlk olaraq PLC, sonra isə SCADA kursunu keçdim. Kursdan əlavə olaraq, Developia şirkətinin üzərində işlədiyi dövlət əhəmiyyətli müxtəlif layihələrdə təcrübə keçdim. Universiteti bitirdikdən sonra, məni burada öz ixtisasım üzrə işlə təmin etdilər. Özünü avtomatika sahəsində mütəxəssis kimi görmək istəyən hər kəsi, Developia Engineering Academy-də keçirilən avtomatika kurslarına dəvət edirəm. Burada keçdiyiniz yaxşı təlimlə, sizin də gələcək həyatınız dəyişəcək!

kids-1093758_1920

Namiyə Hacıyeva

valideyn

Developia-da təşkil olunmuş “Yay məktəbi” proqramına oğlum Mehdi Məmmədli də qoşuldu. Bu kurs şagirdlərin İT bacarıqlarının artması, proqramlaşdırmaya olan tələbatı nəzərə alınaraq çox effektlidir. Oğlum artıq proqramçı olmaq barəsində düşünür. Developia kollektivini inkişafda olan təhsilimizin tələblərinə uyğun fəaliyyətlərinə görə alqışlayıram! Developia-nın gələcəkdə orta məktəblərimizlə birgə layihələrini arzu edirəm!

WhatsApp Image 2019-06-27 at 14.34.47

Həcər Dostiyeva

valideyn

Biz Xaçmaz şəhərində yaşayırıq. Tətil olduğu üçün, Bakı şəhərinə istirahətə gəldik. Rəfiqəm övladının Developiada təşkil olunan “Yay məktəbi” proqramına qoşulduğunu dedi və mənə də məsləhət gördü. Övladım Dinara Dostiyeva burada təşkli olunan “Yay məktəbi” proqrammının I mərhələsində iştirak edərək, tətilini daha əyləncəli və maraqlı keçirtdi. Burada hər gün uşaqlar komputerdə maraqlı proqramlar yığaraq, həmçinin şahmat, ingilis-dili təlimlərində iştirak etdilər. Çox maraqlı yeniliklər, mövzuların təkrarı, uşağa hər tərəfli individual yanaşma məni Developia haqqında müsbət təəssüratlar söyləməyə vadar etdi. Qayğıkeş, isti və işgüzar Developia-ya valideyn kimi, dərin təşəkkürümü bildirirəm! Valideynlərə demək istərdim ki, hər kəs övladını mənim kimi bura gətirsin, Sizin də razı qalacağaınıza əminəm!

1

Milana Məmmədova

Tələbə

Mən Milana Məmmədova İqtisad Universitetinin informasiya texnologiyaları ixtisasını bitirmişəm. Proqramist olmaq çoxdankı arzum idi. Buranı seçməmişdən əvvəl, bir neçə kurslarla maraqlanmışdım. Lakin Developia-da təlimçi Şəhriyar Novruzov tədris etdiyi təlimin incəliklərini mənə o qədər yaxşı izah etdi ki, burada kurs keçməyi və yaxşı bir proqramist olmağı qarşıma məqsəd qoydum. Kursu bitirdikdən sonra, mənə tanınmış şirkətlərdən yeni iş təklifləri oldu. Amma mən təhsil aldığım kursda işləməyi daha üstün bildim.  Gəncləri öz ətrafında toplayan Developia Engineering Academy məni işlə təmin etdi. Developia-nı seçdiyim üçün, özümü çox şanslı hiss edirəm. Bir daha anladım ki, hər hansı bir sahəni sıfırdan öyrənmək, heç zaman gec deyil!

WhatsApp Image 2019-06-01 at 17.51.10

Rüfət Sədiyev

Tələbə

Bakı Dövlət Universitetinin mexanika və riyaziyyat ixtisasını bitirmişəm. Fəaliyyət göstərdiyim Azərconnect MMC şirkəti tərəfindən java biliklərimi daha da təkmilləşdirmək üçün Developia Engineering Academy-də keçirilən, JAVA SE kurslarına cəlb olundum. Bu kursda əldə etdiyim biliklər, işlədiyim strukturda yeni uğurlar qazanmağa köməklik göstərdi. Developia Engineering Academy şirkətinə hər zaman bu cür yüksək səviyyədə fəaliyyət göstərməyi arzu edirəm!

Yeniliklərimiz haqqında operativ məlumat almaq üçün bizi izləyin…