Oracle 12C SQL
Təlim haqqında
Bu gün cəmiyyətin inkişafını informasiyasız təsəvvür etmək qeyri-mümkündür. Dünyanın bütün ölkələrinin tanınmış, yüksək səviyyəli ekspertlərinin fikrinə görə, ən çox istifadə olunan sorğu dillərindən sayılan SQL (Structured Query Language-Struktur Sorğulama Dili) Verilənlər Bazası informasiya mübadiləsi üçün yaradılmış universal bir dildir. Developia Engineering Academy işini müasir dövrün tələblərinə uyğun quraraq, sizi burada keçirilən SQL təlimlərinə dəvət edir. Bu təlimdə siz SQL sorğu dilini addım-addım öyrənərək, test tapşırıqları vasitəsi ilə biliklərinizi daha da möhkəmləndirmək şansı qazanacaqsınız. Tədris planı müvafiq kurs üçün nəzərdə tutulan beynəlxalq sertifikat imtahanlarını keçmək üçün hədəflənib. Tələbələr kurs müddəti elektron tədris materialları, kitablar və test bankı ilə təmin olunurlar.
Kimlər iştirak edə bilər?
Kurslarımız həm bu sahəyə yeni başlayanlar, həm də mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Developia Engineering Academy marağı olan hər kəsi, burada tədris olunan SQL dərsləri ilə yaxından tanış olmaq üçün ödənişsiz sınaq təlimlərə dəvət edir.
Təlimdən əldə edəcəkləriniz
- SQL təlimini Developia Engineering Academy-də bitirdikdən sonra siz ORACLE şirkətinin təşkil etdiyi 1z0-061 və ya 1z0-071 imtahanlarını uğurla keçə və dünyanın hər yerində tanınan beynəlxalq sertifikata sahib ola bilərsiniz
- Alacağınız sertifikatla İT sferasının bank, telekom ve digər sahələrində işə düzəlmək şansı əldə edirsiniz.
Sertifikatlaşma
Təlimin yekununda hər bir iştirakçı sertifikatla mükafatlandırılmaq şansı qazanır.
Developianın sizə qazanadırdıqları
- 10 il praktiki iş təcrübəsi olan müəllimdən təhsil almaq imkanı
- Ən son versiya proqram təminatından yararlanmaq
- Təlim müddətindən əlavə olaraq ödənişsiz təcrübə dərsləri
- Təlim müddətində təlimin video versiyasını əldə etmək
- İşə düzəlmə prosesində tam olaraq dəstək.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 10
- Müddət 3 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az - Ru
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
-
MÖVZULAR
- 1. Introduction
- 2. Restricting and Sorting Data
- 3. Using Conversion Functions and Conditional Expressions
- 4. Displaying Data From Multiple Tables Using Joins
- 5. Managing Tables using DML statements
- 6. Retrieving Data using the SQL SELECT Statement
- 7. Using Single-Row Functions to Customize Output
- 8. Reporting Aggregated Data Using the Group Functions
- 9. Using Subqueries to Solve Queries
- 10. Introduction to Data Definition Language