3D MAX & V-RAY
Təlim haqqında
Developia Engineering Academy sizi 3 ay müddətinə tədris olunan 3D Max kurslarına dəvət edir. Autodesk 3ds Max müxtəlif 3D modelləşdirmə, animasiya, render və kompozisiya işlərini görməyə imkan verir. 3ds Max layihə və oyunların hazırlanmasında istifadə olunan 3D modelləşdirmə, animasiya və vizualizasiya üçün professional proqram təminatıdır. Bu proqram, ən mürəkkəb və çoxtərəfli komputer modelləşdirilməsi, yüksək keyfiyyətli materialların hazırlanması, işıq və kamera effektlərinin yaradılması, animasiya və son dərəcə realistik vizualizasiya ilə dizayn sahəsində lider hesab olunur. Öz geniş imkanları ilə 3ds Max, interyer və eksteryer layihələrin hazırlanmasında, həmçinin animasiyasında yüksək nəticələr əldə etməyə imkan verir.
Vray – Chaos Group şirkəti tərəfindən hazırlanmış vizualizasiya(render) sistemidir. Bu sistem 3ds Max, Sketchup, Cinema 4D və digər proqramlar üçün əlavə rolunu oynayır. Bu system vasitəsilə 3ds Max proqramının imkanları daha da genişləndirilir və professional səviyyədə nəticə əldə etməyə imkan yaradır. 3ds Max proqramının təlimi zamanı vizualizasiya sistemi kimi məhz Vray-dən istifadə olunur. Həftədə 2 dəfə, 2 saat müddətinə keçirilən 3D Max təlimi, fərdi və ya qrup şəklində olur.
Kimlər iştirak edə bilər?
Təlimdə inşaat və memarlıq sahəsi ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən və bu sahədə çalışanlar, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər. Hal-hazırda davam edən dərslərdə 1 saat nümunə kimi iştirak edərək qərarınızı verin və sonra təlim üçün qeydiyyatdan keçin.
Təlimdən əldə edəcəkləriniz
- Təlim zamanı proqramın bütün imkanları detallı şəkildə izah olunur, nəzəri və təcrübi işlərlə bilikləriniz yoxlanılır, qiymətləndirilir və şəxsi portfolionuz yaranır. Bunun nəticəsində, kursu bitirən tələbə birbaşa iş üçün müraciət etmək imkanı qazanır.
- İştirakçılar dünya təcrübəsində geniş istifadə edilən beynəlxalq standartların tələbləri ilə tanış olur və bu standartlara cavab verən layihə hesabatlarının aparılmasını həyata keçirirlər.
Sertifikatlaşma
Təlimin yekununda hər bir iştirakçı sertifikatla mükafatlandırılır
Developianın sizə qazandırdıqları
- Təlimlərimiz ən son versiya proqram təminatından istifadə olunmaqla keçirilir
- Mövzular, hər dərsin sonunda video formatda tələbəyə təqdim olunur
- 10 ildən artıq praktiki iş təcrübəsi olan müəllimdən təhsil almaq imkanı
- İşə düzəlmə prosesində tam olaraq dəstək.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 24
- Müddət 3 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
-
MÖVZULAR
- 1. Proqrama giriş və ümumi anlayışlar
- 2. Görüntü pəncərələri və komanda paneli
- 3. Archicad proqramından istifadənin yolları
- 4. Əsas alətlər paneli və onun xüsusiyyətləri
- 5. Menyuların tərkibi və ətraflı izahı
- 6. Primitiv və Editable obyektlər
- 7. Editable spline obyektinin ətraflı izahı
- 8. Editable mesh obyektinin ətraflı izahı
- 9. Editable poly obyektinin ətraflı izahı
- 10. Modifier anlayışı və xüsusiyyətləri
- 11. Komanda panelində olan əsas kateqoriyalar
- 12. Ribbon panelinin ətraflı izahı
- 13. V-ray plugini və onun əsas xüsusiyyətləri
- 14. Material Editor dialoq pəncərəsi və ətraflı izahı
- 15. Materialının yaradılması və tətbiqi
- 16. Teksturaların yaradılması və tətbiqi üsulları
- 17. İşıqlandırma və onların ətraflı izahı
- 18. Kamera və onların ətraflı izahı
- 19. V-ray obyektlər və onların yaradılması və tətbiqi
- 20. V-ray modifier-lər və onların tətbiqi
- 21. Kontekst menyusunda V-ray elementləri
- 22. Rendering menyusunda əsas elementlər
- 23. Vizualizasiya(render) anlayışı və ona hazırlıq prosesi
- 24. V-ray render pəncərəsi (VFB) və onun əsas xüsusiyyətləri