Developia Engineering AcademyDevelopia Engineering Academy
  • Ana səhifə
  • Kurslar
    • Uşaqlar üçün
    • Böyüklər üçün
  • Haqqımızda
  • Qaleriya
  • Xəbərlər
  • Əlaqə

Böyüklər üçün

  • Ana Səhifə
  • Kurslar
  • Böyüklər üçün
  • AutoCAD

AutoCAD

User Avatar
AutoCAD
Böyüklər üçün
(0 inceleme)
150AZN
AutoCAD-Logo
  • Overview
  • Curriculum
  • Instructor

Təlim haqqında

AutoCAD dünyada ən çox istifadə edilməkdə olan komputer yönümlü dizayn proqramı təminatıdır. Developia Engineering Academy bunu nəzərə alaraq, sizi burada təşkil olunan AutoCAD təliminə dəvət edir. AutoCAD, Autodesk şirkətinin hazırladığı proqram olub maşınqayırma, tikinti və digər mühəndislik layihələrinin işlənməsində tətbiq olunur. Sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri yerinə yetirməyə imkan verir. Layihələndirmə və modelləşdirmə sahəsində ən üst səviyyədə olan AutoCAD, xüsusilə memarların, mühəndislərin, dizaynerlərin bir nömrəli seçimidir. Hər hansı bir tikilini  layihələndirmək və dizayn etmək üçün bu proqramdan istifadə olunur. 3 ay davam edən, həftədə 2 dəfə, 2 saat müddətinə keçirilən AutoCAD təlimi, fərdi və ya qrup şəklində olur.

Kimlər iştirak edə bilər?

Təlimdə inşaat və memarlıq sahəsi ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən və bu sahədə çalışan, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər. Hal-hazırda davam edən dərslərdə 1 saat nümunə kimi iştirak edərək qərarınızı verin və sonra təlim üçün qeydiyyatdan keçin.

Təlimdən əldə edəcəkləriniz

  1. Təlim zamanı proqramın bütün imkanları detallı şəkildə izah olunur, nəzəri və təcrübi işlərlə bilikləriniz yoxlanılır, qiymətləndirilir və şəxsi portfolionuz yaranır. Bunun nəticəsində, kursu bitirən tələbə birbaşa iş üçün müraciət etmək imkanı qazanır.
  2. İştirakçılar dünya təcrübəsində geniş istifadə edilən beynəlxalq standartların tələbləri ilə tanış olur və bu standartlara cavab verən layihə hesabatlarının aparılmasını həyata keçirirlər.

Sertifikatlaşma

Təlimin yekununda hər bir iştirakçı sertifikatla mükafatlandırılır.

Developianın sizə qazandırdıqları

  • Təlimlərimiz ən son versiya proqram təminatından istifadə olunmaqla keçirilir
  • Mövzular, hər dərsin sonunda video formatda tələbəyə təqdim olunur
  • 10 ildən artıq praktiki iş təcrübəsi olan müəllimdən təhsil almaq imkanı
  • İşə düzəlmə prosesində tam olaraq dəstək.

DƏRS XÜSUSİYYƏTLƏRİ

  • Mövzular 24
  • Müddət 3 ay
  • Bacarıq səviyyəsi Bütün
  • Dil Az
  • Tələbələr 10
  • Qiymətləndirmə Bəli
CoursesBöyüklər üçünAutoCAD
  • MÖVZULAR 24

    • 1. Proqrama giriş və ümumi anlayışlar
    • 2. Komanda sətri və köməkçi vasitələr
    • 3. Obyektlərin yaradılması vasitələri
    • 4. Obyektlərin modifikasiya vasitələri
    • 5. Təbəqə anlayışı və onlarla işləmək vasitələri
    • 6. Home panelində olan digər köməkçi vasitələr
    • 7. Parametric paneli və əsas xüsusiyyətləri
    • 8. Mətn və annotativlik xüsusiyyətləri
    • 9. Ölçü anlayışı və xüsusiyyətləri
    • 10. Multileader anlayışı və xüsusiyyətləri
    • 11. Cədvəl anlayışı və xüsusiyyətləri
    • 12. Blok və attribut anlayışı, onların xüsusiyyətləri
    • 13. İstinad anlayışı, onun əsas xüsusiyyətləri
    • 14. Çap və onun xüsusiyyətləri
    • 15. Express Tools paneli və xüsusiyyətləri
    • 16. Üçölçülü mühit və əsas xüsusiyyətləri
    • 17. Solid tip obyektlər və xüsusiyyətləri
    • 18. Surface tip obyektlər və xüsusiyyətləri
    • 19. Mesh tip obyektlər və xüsusiyyətləri
    • 20. Üçölçülü obyektlərin modifikasiya vasitələri
    • 21.Üçölçülü obyektlərdən kəsim və detalizasiya çıxarılması
    • 22. Material və tekstura anlayışı,onların istifadəsi
    • 23. İşıqlanma və onun tətbiqi
    • 24. Kamera, animasiya və vizualizasiya(render) anlayışları və tətbiqi
Ramil Səlimov
  • Overview
  • Curriculum
  • Instructor
150AZN
  • Paylaş:

Digər kurslarımız

PLC Ətraflı
PLC

PLC

0
0
200AZN
Nəzarət-ölçü cihazları Ətraflı
NÖC

Nəzarət-ölçü cihazları

0
0
200AZN
Elektrik-mühəndisliyi Ətraflı
Elektrik

Elektrik-mühəndisliyi

0
0
200AZN
SCADA Ətraflı
SCADA

SCADA

0
0
200AZN
Java SE və Java EE Ətraflı
Java SE və Java EE

Java SE və Java EE

0
0
200AZN

Rəy yaz Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak.

Developa EA 2020 Theme by CompNet.