Elektrik-mühəndisliyi
Təlim haqqında
Elektrik-mühəndisliyi təlimi iştirakçılara sənaye müəssisələrinin elektrik layihələndirilməsi (alçaq gərginlik) haqqında nəzəri və praktiki biliklər qazandırmaq üçün nəzərdə tutulmuşdur. Təməl məlumatlardan başlayaraq hər hansı bir müəssisənin elektrik layihəsinin (alçaq gərginlik) çəkilməsi və hesabatlarının aparılmasına kimi bütün mövzuları əhatə edir. Təlimin müddəti 4 aydır. Elektrik-mühəndisliyi təliminə başlamazdan əvvəl iştirakçılara 1 ay AutoCAD dərsləri keçirilir ki, bu da tələbələrin layihələndirmə üçün hazır olmaları məqsədi ilə düşünülmüşdür. Dərslər təlimçi tərəfindən video şəklində qeydə alınır və tələbələrin ixtiyarına verilir. Fərdi və ya qrup şəklində keçirilən təlimdə, iştirakçılar mövzuları bitirdikdən sonra yiyələndikləri bilikləri sınaq layihəsində tətbiq etmək imkanı qazanırlar.
Kimlər iştirak edə bilər?
Təlimdə avtomatika (avtomatlaşdırma), nəzarət-ölçü cihazları, elektrik və elektronika ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən mühəndis-texnik heyəti, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər.
Təlimdən əldə edəcəkləriniz
Dərs müddəti ərzində elektrik avadanlıqları ilə əyani tanışlıq və onların xüsusiyyətləri barədə məlumatlar sahənin daha dərindən öyrənilməsinə imkan yaradır. Bununla yanaşı iştirakçılar dünya təcrübəsində geniş istifadə edilən beynəlxalq standartların tələbləri ilə tanış olacaq və bu standartlara cavab verən layihə hesabatlarının aparılmasını həyata keçirəcəklər.
Sertifikatlaşma
Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:
- İştirak haqqında sertifikat
- Sınaq layihəsinin uğurla yerinə yetirilməsi haqqında sertifikat
Developianın sizə qazandırdıqları
- Dövlət əhəmiyyətli layihələrdə real təcrübə qazanmış mütəxxəsislərdən dərs almaq
- Təlim mərkəzinin texniki-bazasından dərs saatlarında və dərsdən əlavə saatlarda istifadə etmək imkanı
- Şirkətin real layihələrində iştirak etmək imkanı
- Yeni iş imkanları qazanmaq və karyera boyu dəstək almaq
- Tam praktiki dərs mühitində layihələndirmə ilə məşğul olmaq və real elektrik dövrəsi avanlıqları ilə işləmək şansı
- Akademiyada iş həyatında lazım ola biləcək bütün elektrik və avtomatika cihazları üzərində nəzəriyyə tədbiq olunur və təcrübə toplanılır.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 16
- Müddət 5 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
-
Mövzular
1 Yorum
Salam. Axşamınız xeyir. Elektrik mühəndisliyi üzrə verdiyiniz sertifikat dövlət qurumu tərəfindən tanınır?