Nəzarət-ölçü cihazları
Təlim haqqında
Ölkədə iqtisadiyyatın sürətli inkişafı mühəndislik, avtomatika sahəsində də yeni kadrların hazırlanmasına imkan yaradır! Mühəndislik sahəsində yenilik edən Developia Engineering Academy Nəzarət Ölçü Cihazları təlimlərini təşkil edir. Praktiki olaraq keçirilən təlimdə, təməl biliklərdən başlayaraq, irəli səviyyə Nəzarət Ölçü Cihazların incə metodlarına qədər geniş mövzunu öyrənə bilərsiniz. 3 ay davam edən təlim qrup şəklində olur. İştirakçılar təlimin mövzularını bitirdikdən sonra yiyələndikləri bilikləri sınaq layihəsində tətbiq etmək imkanı qazanırlar.
Kimlər iştirak edə bilər?
Təlimdə avtomatika (avtomatlaşdırma), nəzarət-ölçü cihazları, elektrik və elektronika ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən mühəndis-texnik heyəti, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər. Siz də bu təcrübədən yararlanmaq istəyirsinizsə, bizə müraciət edərək, NÖC təliminə yazılmağa tələsin! Hal-hazırda davam edən dərslərdə 1 saat nümunə kimi iştirak edərək qərarınızı verin və sonra təlim üçün qeydiyyatdan keçin.
Təlimdən əldə edəcəkləriniz
Təlim ərzində Nəzarət Ölçü Cihazları barəsində ən son texnologiyalar haqqında xəbərdar olacaq, Nəzarət Ölçü Cihazlarının işləmə prinsipləri ilə əlaqədar vacib məlumatları əldə edəcəksiniz. Təlim iştirakçılara NÖC haqqında nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, zəngin maddi-texniki bazamızdan istifadəyə də imkan yaradır. Keçirilən mövzular təlimin daha dərindən mənimsənilməsinə kömək edir, yerinə yetirilən tapşırıqlar iştirakçılarda avtomatik idarəetmə ilə əlaqəli problemlərin həllinə, mühəndis peşəsinin formalaşmasına şərait yaradır.
Sertifikatlaşma
Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:
- İştirak haqqında sertifikat
- Sınaq layihəsinin uğurla yerinə yetirilməsi haqqında sertifikat
Developianın sizə qazandırdıqları
- Dövlət əhəmiyyətli layihələrdə real təcrübə qazanmış mütəxxəsislərdən təlim almaq
- Praktiki məşğələlər tələbələrimizə bilikləri daha tez qavramaq və tətbiq edərək öyrənmək imkanı yaradır
- Praktiki məşğələlər sayəsində tələbələrimiz işlədikləri şirkətlərdə avtomatika sahəsinə adi olan cihazlardan daha rahat istifadə edir, ortaya çıxan problemlərin aradan qaldırılmasına nail olurlar
- Təlim mərkəzinin texniki-bazasından dərs saatlarında və dərsdən əlavə saatlarda istifadə etmək imkanı
- Şirkətin real layihələrində iştirak etmək imkanı
- Yeni iş imkanları qazanmaq və dəstək almaq imkanı.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 8
- Müddət 3 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az - Ru
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
-
MÖVZULAR
- 1. Avtomatik İdarəetmə Nəzəriyyəsi
- 2. Sensorlar və Transmitterlər
- 3. Cihaz Kabelləri
- 4. İdarəetmə Klapanları
- 5. İdarəetmə Sistemi
- 6. Sənaye Xəbərləşməsi
- 7. Təhlükəsizlik Sistemləri
- 8. Texniki Sənədləşmə