Developia Engineering AcademyDevelopia Engineering Academy
  • Ana səhifə
  • Kurslar
    • Uşaqlar üçün
    • Böyüklər üçün
  • Haqqımızda
  • Qaleriya
  • Xəbərlər
  • Əlaqə

Böyüklər üçün

  • Ana Səhifə
  • Kurslar
  • Böyüklər üçün
  • PLC

PLC

User Avatar
PLC
Böyüklər üçün
(0 inceleme)
200AZN
Telim1
  • Overview
  • Curriculum
  • Instructor

Təlim haqqında

Ölkədə iqtisadiyyatın sürətli inkişafı mühəndislik, avtomatika sahəsində də yeni kadrların hazırlanmasına imkan yaradır! Mühəndislik sahəsində yenilik edən Developia Engineering Academy Azərbaycanda ilk dəfə olaraq, hər tələbənin özünə aid PLC və MCC stendini, sinif otaqlarında təşkil etdi. Praktiki olaraq Siemens S7 1200 üzərində keçirilən PLC  təlimi zamanı tələbə, həmin stentdən istəyinə uyğun olaraq, müəyyən vaxtlarda istifadə etmə şansı qazanır. Təlimi keçməklə siz, təməl biliklərdən başlayaraq, irəli səviyyə PLC proqramlaşdırma metodlarına qədər geniş mövzunu öyrənə bilərsiniz. 3 ay davam edən təlim, fərdi və ya qrup şəklində olur. İştirakçılar təlimin mövzularını bitirdikdən sonra yiyələndikləri bilikləri sınaq layihəsində tətbiq etmək imkanı qazanırlar.

Kimlər iştirak edə bilər?

Təlimdə avtomatika (avtomatlaşdırma), nəzarət-ölçü cihazları, elektrik və elektronika ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən mühəndis-texnik heyəti, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər. Siz də bu təcrübədən yararlanmaq istəyirsinizsə, bizə müraciət edərək, PLC proqramlaşdırma təliminə yazılmağa tələsin! Hal-hazırda davam edən dərslərdə 1 saat nümunə kimi iştirak edərək qərarınızı verin və sonra təlim üçün qeydiyyatdan keçin.

Təlimdən əldə edəcəkləriniz

Təlim iştirakçılara PLC proqramlaşdırma haqqında nəzəri və praktiki biliklər qazandırmaqla yanaşı, zəngin maddi-texniki bazamızdan istifadəyə də imkan yaradır. Keçirilən mövzular təlimin daha dərindən mənimsənilməsinə kömək edir, yerinə yetirilən tapşırıqlar iştirakçılarda avtomatik idarəetmə ilə əlaqəli problemlərin həllinə, mühəndis peşəsinin formalaşmasına şərait yaradır.

Sertifikatlaşma

Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:

  1. İştirak haqqında sertifikat
  2. Sınaq layihəsinin uğurla yerinə yetirilməsi haqqında sertifikat

Developianın sizə qazandırdıqları

  • Dövlət əhəmiyyətli layihələrdə real təcrübə qazanmış mütəxxəsislərdən təlim almaq
  • Praktiki məşğələlər tələbələrimizə bilikləri daha tez qavramaq və tətbiq edərək öyrənmək imkanı yaradır
  • Praktiki məşğələlər sayəsində tələbələrimiz işlədikləri şirkətlərdə PLC cihazlarını daha rahat istifadə edir, ortaya çıxan problemlərin aradan qaldırılmasına nail olurlar
  • Təlim mərkəzinin texniki-bazasından dərs saatlarında və dərsdən əlavə saatlarda istifadə etmək imkanı
  • Şirkətin real layihələrində iştirak etmək imkanı
  • Yeni iş imkanları qazanmaq və dəstək almaq imkanı
  • Tam praktiki dərs mühitində professional PLC avadanlıqları ilə işləmək şansı
  • İstəyə uyğun olaraq tələbələr SCADA HMI təlimlərinə davam edə biləcəklər.

DƏRS XÜSUSİYYƏTLƏRİ

  • Mövzular 21
  • Müddət 3 ay
  • Bacarıq səviyyəsi Bütün
  • Dil Az
  • Tələbələr 10
  • Qiymətləndirmə Bəli
CoursesBöyüklər üçünPLC
  • Mövzular 21

    • 1. PLC-nin tərkib hissələri, iş prinsipi, yaddaş və ünvan sahələri.
    • 2. Say sistemləri və BCD göstəriş şəkli.
    • 3. Proqramın işləmə şəkilləri (Xətti və Struktur).Proqram yazma metodları (LD, STL və FBD).
    • 4. Məntiq funksiyaları (“VƏ”, “VƏ YA”, “ İSTİSNALI VƏ YA” və s.).
    • 5. Merkerlər və Lokal dəyişənlər. Verilən tipləri.
    • 6. Yaddaş Funksiyaları. Qalıcı (Retentiv) yaddaş sahələri.
    • 7. Zamanlayıcılar və növləri.
    • 8. Sayıcılar və növləri.
    • 9. Məlumat Blokları (eng. Data Blocks (DB..) ) və tipləri.
    • 10. Funksiyalar (FCx).Funksional Bloklar (FB..).
    • 11. Orqanizasiya Blokları (OB..) və tipləri.
    • 12. Move, Convert və Compare Blokları.
    • 13. Siqnal tipləri. Rəqəm və analoq siqnallar.Analoq siqnalların emalı.
    • 14. Analoq Siqnal miqyaslandırılması.
    • 15. PLC ilə sürücülərin işləməsi.
    • 16. Modbus xəbərləşmə protokolu.
    • 17. Profinet və Profibus xəbərləşmə protokolları.
    • 18. Yüksək Sürət Sayıcıları (HSC). PLC vasitəsilə motorun sürətinə nəzarət.
    • 19. PLC-də PID ayarları. PID vasitəsilə idarəetmə.
    • 20. Operator panel ayarları. Prosesin paneldə vizuallaşdırılması.
    • 21. Sınaq layihəsi (Müddət 10 saat)
Rahib Qurbanov
Oqtay Xəlilov
  • Overview
  • Curriculum
  • Instructor
200AZN
  • Paylaş:

Digər kurslarımız

Elektrik-mühəndisliyi Ətraflı
Elektrik

Elektrik-mühəndisliyi

0
0
200AZN

Developa EA 2020 Theme by CompNet.