Developia Engineering AcademyDevelopia Engineering Academy
  • Ana səhifə
  • Kurslar
    • Uşaqlar üçün
    • Böyüklər üçün
  • Haqqımızda
  • Qaleriya
  • Xəbərlər
  • Əlaqə

Uşaqlar üçün

  • Ana Səhifə
  • Kurslar
  • Uşaqlar üçün
  • Scratch & Java

Scratch & Java

User Avatar
Scratch & Java
Uşaqlar üçün
(0 inceleme)
180AZN
sa 1
  • Overview
  • Curriculum
  • Instructor

Təlim haqqında

İT elə bir sahədir ki, bu işi öyrənməyə uşaqlıqdan başlamalısan. Azərbaycanda yalnız Developia Kids-də 9-15 yaşında olan uşaqlara 2 il müddətində professional proqramlaşdırma üzrə təhsil almaq imkanı verilir. Əziz valideynlər! Övladınızın komputer öyrənməyə marağı varsa, tələsin! Azərbaycan, rus və ingilis bölmələrində təhsil alan 9-15 yaşlı uşaqlara  1 dərs onlayn ödənişsiz olaraq təlim keçirik və nəticəsi qənaətbəxş hesab olunarsa Akademiyamıza qəbul edirik.

Hansı proqramlar öyrədilir?

Övladınız ilk 3 ay müddətində Scratch, növbəti aylarda isə Java proqramlarından təhsil alır. Təhsil aldığı müddətdə övladınız, hər beş aydan bir ona tapşırılan layihə imtahanlarını yerinə yetirir. Layihə imtahanlarının yekununda keçirilən seminarlarda ilk 3 yeri qazanan tələbələr, öz layihələrini təqdimat şəklində nümayiş etdirirlər (təqdimat şəklində nümayiş-övladınızın özünə inamını, onun gələcəyinə olan ümidlərinizi doğrultmağa həvəsləndirir). Keçirilən onlayn və offlayn dərslərimizdə isə yeni və fərqli bir mühit yaradılır.

Proqramlaşdırma nədir?

Proqramlaşdırma dedikdə-uşaqların yaşlarına uyğun Amerikanın şirkət və institutlarının yaratmış olduğu xüsusi komputer tədris proqramları, həmçinin uşaqların özlərinin kodlaşdıra biləcəyi proqramlar nəzərdə tutulur.

Övladınız proqramlaşdırma öyrənməklə nə əldə edəcək?

Kurslar bitdikdən sonra uşaqların öyrəndiklərini unutmaması, əksinə, daha da təkmilləşdirilməsi üçün formal layihələr yaradılaraq, onları bu layihələrə cəlb edirik. Layihəni hazırlayan 9-15 yaşlı uşaqlar maddi tərəfdən nəinki valideynlərinə dəstək ola bilər, hətta öz maddi imtiyazlarını da qarşılaya bilərlər (9-15 yaşlarında  kodlarla layihə hazırlayaraq pul qazanırlar). İndi müraciət edin, Sizin də övladınız kod yazsın! Kurslarımızda iştirak edərək övladınız oyun proqramları və real layihələr yazsın! 9-15 yaşlı uşaqlar üçün verdiyimiz layihə tapşırıqları Sizin də övladınıza alqoritmləri və hesablama məntiqini mənimsəməyə, tətbiq etməyə həmçinin təcrübədən keçirməyə kömək edəcək. Övladınız Akademiyamızda həm əylənəcək, həm öyrənəcək.

Sertifikatlar

  • 1 ilin yekununda hər bir iştirakçı sertifikatla mükafatlandırılmaq şansı qazanır
  • Layihə imtahanlarının yekununda ilk 3 yeri qazanan tələbələr sertifikat əldə edirlər

Developia övladınıza nə qazandırır?

  1. Dünyanın 180-dən çox ölkəsini əhatə edən proqramlaşdırma sahəsinin dərinliklərini, kod yazmağın sirlərini, alqoritmik biliklərinin genişləndirilməsini Sizin övladınız Akademiyamızda öz işinin peşəkarı olan təlimçilərimizdən öyrənəcək.
  2. Developia Kids övladınıza Proqramlaşdırma təlimi vasitəsilə yalnız texnologiyanı deyil, həm də məntiq, problem həll etmə bacarığı və yaradıcılıq öyrədir.

DƏRS XÜSUSİYYƏTLƏRİ

  • Mövzular 41
  • Müddət 1 il
  • Bacarıq səviyyəsi Bütün
  • Dil Az - Ru
  • Tələbələr 10
  • Qiymətləndirmə Bəli
CoursesUşaqlar üçünScratch & Java
  • MÖVZULAR 41

    • 1. Scratch (4ay)
    • 2. Java proqramlaşdırma dili (8 ay)
    • 2. 1. Java dilinə giriş
    • 2. 2. Java icra olunma mühiti
    • 2. 3. Javanın sintaksis qaydaları
    • 2. 4. Paket anlayışı
    • 2. 5. Dəyişkənlər və verilən tipləri
    • 2. 6. Operatorlar
    • 2. 7. Şərt operatorları
    • 2. 8. Məntiqi operatorlar
    • 2. 9. Massivlər
    • 2. 10. Dövrlər
    • 2. 11. String sinifi ilə sətirlər üzərində əməliyyatlar
    • 2. 12. Printf haqqında ətraflı
    • 2. 13. Nəzarət komandaları
    • 2. 14. Dövrlər və şərtləri istifadə edərək məsələlərin həll edilməsi
    • 2. 15. Metod anlayışı
    • 2. 16. String sinifinin metodları
    • 2. 17. Metodların dəyər qaytarması və parametrlərinin təyin olunması
    • 2. 18. Primitive tiplərin tip çevrilmələri
    • 2. 19. Wrapper siniflərə giriş
    • 2. 20. Referans tipləri ilə primitiv tiplərin arasında çevrilmələr
    • 2. 21. Math sinifi ilə riyazi əməliyyatların aparılması
    • 2. 22. Random sinfinə giriş
    • 2. 23. Arrays sinfinə giriş
    • 2. 24. Scanner və JOptionPane sinifləri ilə klaviaturadan məlumatların daxil edilməsi
    • 2. 27. İki ölçülü massivə giriş
    • 2. 26. Obyekt yönümlü proqramlaşdırma
    • 2. 27. (INHERITANCE) Varislik
    • 2. 28. Enum haqqında
    • 2. 29. Generics – haqqında ümumi məlumat
    • 2. 30. (ABSTRACT) Siniflər və metodlar
    • 2. 31. İnterfeyslərə giriş
    • 2. 32. Xətalar (EXCEPTION HANDLING)
    • 2. 33. JAVA Koleksiyaları (JAVA COLLECTIONS)
    • 2. 34. JDBC ilə verilənlər bazası istifadəsi
    • 2. 35. MySQL üçün JDBC Connector istifadəsi
    • 2. 36. JAVA GUI Proqramlaşdırmaya giriş
    • 2. 37. Hadisələrin idarə olunması (EVENT HANDLING)
    • 2. 38. Java DateTime API
    • 2. 39. Java proqramlaşdırma dilindən layihə

Developia Kids övladınızın İT sahəsində düzgün təhsil alması üçün etibar etdiyiniz tək ünvandır! Rus, ingilis, azərbaycan bölmələrində təhsil alan 7-16 yaşlı uşaqlara burada, komputer proqramlaşdırma təlimləri keçirilir. Developia Kids-də sektor ehtiyaclarına istiqamətlənmiş təlimlər peşəkar və öz işini daha yaxşı bilən təcrübəli təlimçilər tərəfindən beynəlxalq standartlara əsasən aparılır. Proqramlaşdırma dərslərini rus dilində tədris edən Milana Məmmədova, azərbaycan dilində tədris edən Əli Süleymanlı, Aytən Qurbanova, Yusif Əlizadə, Sərxan Səmədbəyli və digər təlimçilərimizin rəhbərliyi altında həftə içi və ya həftə sonları keçirilən dərslər müasir avadanlıqlar ilə təchiz olunmuş sinif otaqlarında övladınıza nəzəri bilikləri qazandırmaqla yanaşı, praktiki və peşə vərdişləri də aşılayacaq.

  • Overview
  • Curriculum
  • Instructor
180AZN
  • Paylaş:

Digər kurslarımız

Java SE və Java EE Ətraflı
Java SE və Java EE

Java SE və Java EE

0
0
200AZN

Developa EA 2020 Theme by CompNet.