SCADA
Təlim haqqında
Təlim iştirakçılara SCADA HMI (Supervisory Control And Data Acquisition Human Machine Interface) haqqında nəzəri və praktiki biliklər qazandırmaq üçün nəzərdə tutulmuşdur. Təlimdə iştirak edənlərin PLC proqramlaşdırma biliklərinin olması arzuolunandır. Çünki, PLC proqramşdırma biliyi olmayan iştirakçılar üçün bu təlim effektiv olmaya bilər. Təlim müddəti iştirakçılar SCADA HMI dizaynı üçün beynəlxalq aləmdə geniş yayılmış qayda və prinsiplərlə tanış olacaq, şərti sənaye müəssisəsi üçün SCADA HMI dizaynı və konfiqurasiyasının yerinə yetirilməsi mərhələlərini həyata keçirəcəklər. Gələcəkdə mövzunu təkrar etməyə ehtiyac yaranacağını nəzərə alaraq, dərs təlimçi tərəfindən video formatında qeydə alınır və tələbələrin istifadəsinə verilir. Fərdi və ya qrup şəklində keçirilən təlimin müddəti 2 aydır. İştirakçılar təlimin mövzularını bitirdikdən sonra yiyələndikləri bilikləri sınaq layihəsində tətbiq etmək imkanı qazanacaqlar.
Kimlər iştirak edə bilər?
Təlimdə avtomatika (avtomatlaşdırma), nəzarət-ölçü cihazları, elektrik və elektronika ixtisasları üzrə təhsil alan tələbələr, adı çəkilən sahələrdə ixtisaslarını artırmaq istəyən mühəndis-texnik heyəti, həmçinin özünü bu sahədə görmək istəyən hər kəs iştirak edə bilər.
Təlimdən əldə edəcəkləriniz
Təlim zamanı fərqli markalardan olan PLC-lərin SCADA sisteminə müvafiq “drayver”lər və OPC serverlərdən istifadə etməklə inteqrasiyası, xəbərdarlıq səhifələrinin, zamandan asılılıq qrafik səhifələrinin tərtib edilməsi və digər əlaqəli əməliyyatların yerinə yetirilməsi öyrədilir. Bununla yanaşı, müxtəlif vizual effektlərdən yararlanmaqla, prosesi operator üçün tam rahat nəzarət və idarə olunan şəkildə təsvir etmək keyfiyyətləri qazanacaqsınız.
Sertifikatlaşma
Təlimin yekununda hər bir iştirakçı 2 ədəd sertifikatla mükafatlandırılmaq şansı qazanır:
- İştirak haqqında sertifikat
- Sınaq layihəsinin uğurla yerinə yetirilməsi haqqında sertifikat
Developianın sizə qazandırdıqları
- Dövlət əhəmiyyətli layihələrdə real təcrübə qazanmış mütəxxəsislərdən təlim almaq
- Təlim mərkəzinin texniki-bazasından dərs saatlarında və dərsdən əlavə saatlarda istifadə etmək imkanı
- Şirkətin real layihələrində iştirak etmək imkanı
- Yeni iş imkanları qazanmaq və dəstək almaq imkanı
- Tam praktiki dərs mühitində SCADA dizayn və konfiqurasiyası həyata keçirmək və real PLC avadanlıqları ilə işləmək şansı.
DƏRS XÜSUSİYYƏTLƏRİ
- Mövzular 11
- Müddət 4 ay
- Bacarıq səviyyəsi Bütün
- Dil Az
- Tələbələr 10
- Qiymətləndirmə Bəli
-
Mövzular
- 1. SCADA nədir? SCADA proqramının (WinCC Professional) komputerə qurulması və aktivləşdirilməsi. Şəbəkə ayarları.Yeni layihə açmaq və əlaqəli ayarların edilməsi.
- 2. Ekranlar və ayarları. Ekran pəncərələri.
- 3. SCADA teqləri. Logging.
- 4. Qrafik və mətn listləri.
- 5. Qrafik elementlər. İdarəetmə elementləri.
- 6. Şablonlar. Faceplate.
- 7. Qrafiki əyrilər. Qrafik səhifələri.
- 8. Xəbərdarlıqlar. Xəbərdarlıq səhifələrinin tərtib edilməsi.
- 9. Hesabatlar. Hesabat səhifələrinin tərtib edilməsi.
- 10. İstifadəçi ayarları. Layihə dil ayarları.
- 11. Sınaq layihəsi (Müddət : 10 saat)