Keyfiyyət standartları
Developia Engineering Academy-dünya standartlarına uyğun olaraq, tələbələrinə verdiyi imtiyazlı karyera xidmətləri ilə Azərbaycanın dijital (rəqəmsal) gələcəyini formalaşdıran əsas şirkətlər sırasındadır. Dərslər praktikaya əsaslanan bir model, aktual məzmunlar və güclü infrastruktur ilə komfortlu sinif şəraitində keçirilir. Developia EA informasiya texnologiyaları üzrə digər iş sahələrində əldə etdiyi təcrübə və biliklərini bütün tədris proseslərində tətbiq edir və dəyərləndirir. İnformasiya texnologiyaları sahəsindəki inkişaf və sektor ehtiyacları nəzərə alınaraq yaradılan Developia EA-nın tədris məzmunu məzunlarının sektora adaptasiyasını asanlaşdırır.
Məzuniyyət sonrası dəstək
Developia EA tələbələrinə məzun olduqdan sonra da dəstək olur. Developia EA sadəcə akademiya deyil, həm də mühəndislik işləri görən şirkətdir. Layihələrdə ehtiyac olduqca tələbələri ilə də əməkdaşlıq edir. Developia EA-nın ofisi məzun etdiyi tələbələrinə həftənin 7 günü açıqdır və ehtiyacları olduğunda yaxınlaşıb kömək ala bilirlər.
Tətbiq əsaslı model
Developia EA dərslərdə tələbələrin daha aktiv rol oynayacağı bir təhsil modeli tətbiq edir. Bu modeldə tələbələrin, dinləyici olmaqdan daha çox təhsilə qatılan, tətbiq edən və layihə hazırlayan bir mütəxəssis olması təmin edilir. Developia EA-nın məzunları, təhsil müddətində reallaşdıracaqları layihə və praktika ilə professional iş həyatında ehtiyac duyacaqları təcrübəni qazanırlar.
Layihə təcrübəsi
Developia EA-nın təşkil etdiyi təlimlərə qatılan tələbələrimizdən bir final layihəsi hazırlamaları tələb olunur. Final layihəsi nəticəsində keçirilmiş bütün mövzuların gücləndirilməsi təmin edilir. Final layihəsi nəticəsində tələbələrin sektora hazır hala gətirilməsi hədəflənir.
Dərslərə necə qatıla bilərsiniz?
Developia EA–da tələbələr təhsillərini istər qrup halında, istərsə də öz ehtiyacları istiqamətində fərdi keçirilən dərslər şəklində ala bilərlər. Tələbələr təməldən başlayan təlimlərdə iştirak edərək, seçdikləri sahə üzrə yüksək ixtisaslı mütəxəssis kimi yetişirlər.
Mütəxəssis resursları
2017-ci ildə təsis edilmiş Developia EA, Ölkənin öz sahəsində olduqca təcrübə qazanmış mütəxəssisləri tərəfindən idarə edilir və şirkətin bütün işçiləri diqqətlə seçilir. Mütəxəssislərimiz gördükləri işlərə öz imzalarını atır və buna görə öhdəlik daşıyırlar.
Korporativ təlimlər
Developia EA-nın təhsil həlləri yalnız fərdlərə deyil həmçinin təşkilatlara, şirkətlərə də təqdim olunur. Azərbaycanın öndə gedən təhsil mərkəzlərindən biri sayılan Developia EA korporativ təhsil həllərində daima sizinlədir!
Təlimlərin tərkibi əvvəlcədən təyin olunmuş dərslərdən təşkil olunmaqla yanaşı, təşkilatların tələbləri istiqamətində, ehtiyaclarına uyğun olaraq da keçirilə bilər. Developia EA həm standart, həm də istəyə görə uyğunlaşdırılmış təlimlərində, iştirakçıların ehtiyaclarını doğru şəkildə qarşılamaq üçün ən aktual mövzuları mütəxəssis təlimçiləri vasitəsilə tələbələrinə öyrədir.
Təhsil anlayışımız
Developia EA-aktual informasiya texnologiyalarının öyrənildiyi yerdir. Burada sektor ehtiyaclarına istiqamətlənmiş təlimlər, peşəkar və öz işini daha yaxşı bilən təcrübəli təlimçilər tərəfindən beynəlxalq standartlara əsasən keçirilir. Təlimçilərimizin rəhbərliyi altında həftə içi və ya həftə sonu keçirilən dərslər müasir avadanlıqlar ilə təchiz olunmuş sinif otaqlarında sizə nəzəri bilikləri qazandırmaqla yanaşı, praktiki və peşə vərdişləri də aşılayacaq.