download

Rahib Qurbanov 2010-ci ildə Azərbaycan Texniki Universitetinin bakalavr, 2013-cü ildə isə həmin Universitetin magistr pilləsini bitirmişdir. 2017-ci ildən Developia Engineering MMC-də Elektrik və Avtomatika şöbəsinin rəhbəridir və burada böyük sənaye komplekslərində lazımlı sahə olan Elektrik-mühəndisliyi, PLC, SCADA kimi (avtomatika) təlimləri tədris edir, həmçinin şirkət tərəfindən həyata keçirilən Ölkə əhəmiyyətli layihələrdə iştirak edir.

İştirak etdiyi layihələr:

• Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Elektrik və SCADA sistemlərinin qurulması

• Ceyranbatan Ultrafiltrasiya İçməli Su Təmizləmə Qurğusu Elektrik və SCADA Sistemlərinin Qurulması

• Azərsu Magistral Su Kəmərləri üzərində nəzarət-ölçmə cihazlarının quraşdırılması və Mərkəzi SCADA sisteminin qurulması faza 1

• Bursa Sərbəst Bölgə Tullantı Su Təmizləmə Qurğusu Elektrik və SCADA Sistemlərinin Qurulması

• Quba Şəhər Su Təchizat Sisteminin Elektrik və SCADA Sistemlərinin Qurulması

• Lökbatan Çirkab su təmizləmə qurğusu üçün Elektrik sisteminin dizayn edilməsi və layihələrinin çəkilməsi

• Kürdəmir, Ucar və Hacıqabul Su anbarları və nasos stansiyaları üçün elektrik layihələrinin çəkilməsi

• Zərdab və Astara Su anbarları və nasos stansiyaları üçün elektrik layihələrinin çəkilməsi

• Xəyal adasında otel və villaların daxili elektrik təchizatı layihələrinin çəkilməsi

• Qaz Təzyiq Azaltma və Ölçmə Stansiyaları SCADA sistemi (SOCAR)

• Xaçmaz şəhər İçməli Su Anbarları SCADA sistemi (Azərsu)

• Lənkəran – Astara İçməli Su Anbarları SCADA sistemi (Azərsu)

• Ağstafa şəhər Tərs Ozmos İçməli Su Təmizləmə Qurğusu SCADA sistemi (Azərsu)

• Azərsu Magistral Su Kəmərləri üzərində nəzarət-ölçmə cihazlarının quraşdırılması və Mərkəzi SCADA sisteminin qurulması faza 2